AZ

Azərbaycan badmintonçusu çıxışını tez başa vurdu - Paris-2024-də

Azərbaycanın kişi badmintonçusu Edi Reski Dviçayo Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Sportinfo.az xəbər verir ki, idmançımız E qrupunun növbəti matçında danimarkalı Anders Antonsenlə qarşılaşıb.

Görüş təmsilçimizin məğlubiyyəti ilə yekunlaşıb - 0:2 (12:21, 14:21).

Edi Reski Dviçayo bu nəticənin ardından Paris-2024-də çıxışını başa vurub.

Seçilən
84
8
sportinfo.az

10Mənbələr