Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, cari ilin ilk yarısında Azərbaycanda dəniz nəqliyyatı ilə 1 milyon 121 min 283 ABŞ dolları dəyərində 1 milyon 435 min 665 ton yük daşınıb. Bu, 2023-cü ilin eyni dövrünə nisbətən müvafiq olaraq 20,5 faiz və 0,03 faiz çoxdur.
6 ayda dəniz nəqliyyatı ilə ixrac olunan yüklərin həcmi 41 min 626 ton (əvvəlki ilin analoji dövrü ilə müqayisədə 8,4 faiz çox), dəyəri 63 milyon 24 min ABŞ dolları (31,7 faiz az) olub. İdxal olunan yüklərin həcmi 1 milyon 394 min 39 ton (0,1 faiz az), dəyəri 1 milyon 58 min 259 ABŞ dolları (24,9 faiz çox) təşkil edib.