AZ

Paris-2024: Azərbaycanın 3x3 basketbol millisi növbəti dəfə məğlub olub

Paris-2024: Azərbaycanın 3x3 basketbol millisi növbəti dəfə məğlub olub

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Sonxeber.az xəbər verir ki, yığma V turda Avstraliya kollektivi ilə üz-üzə gəlib.

Görüş komandamızın 12:21 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, seçməmiz daha əvvəl İspaniyaya 16:18, Fransaya 10:15, Almaniyaya 8:12 hesabı ilə uduzub. Basketbolçularımız ABŞ millisinə 20:17 hesabı ilə qalib gəliblər.

Seçilən
71
7
sonxeber.az

10Mənbələr