AZ

Beynəlxalq Olimpiya Komitəsi Azərbaycandan üzr istəyib

İyulun 26-da Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimində ev sahibi dövlətə məxsus milli televiziyası olan "France2" telekanalının müxbirləri Azərbaycana qarşı qərəzli ifadələri işlətdiyinə görə ölkəmizdən üzr istənilib.

Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi tərəfindən Beynəlxalq Olimpiya Komitəsinə göndərilən rəsmi etiraz məktubuna göndərilən cavabda bunu beynəlxalq qurumun rəsmiləri bildiriblər.

BOK-dan gələn məktubda bu cür ifadələrin Beynəlxalq Olimpiya Komitəsinin idman və Olimpiya Oyunları vasitəsilə təbliğ etdiyi prinsiplərə və dəyərlərə uyğun gəlmədiyi açıqlanmaqla yanaşı, bütün məsul şəxslərlə əlaqə saxlanılıb onlara prinsiplər və iş protokollarının xatırladıldığı, gələcəkdə oxşar ifadələrdən istifadə edilməməsi üçün aydın göstərişlərin çatdırıldığı qeyd edilib.

Ölkəmizin Gənclər və idman nazirliyi "Paris-2024 Yay Olimpiya Oyunlarının yayımçısı olan "France2" telekanalının ölkəmizə qarşı tutduğu qərəzli mövqeyə və bu hadisədən Beynəlxalq Olimpiya Komitəsinin Azərbaycana üzrxahlıq məktubunu nəzərə alaraq, Fransa hökumətinin də Azərbaycandan rəsmi üzr istəməsini gözləyirik", deyə bildirilib.

Seçilən
57
cbcsport.az

1Mənbələr