UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Makkabi” (Hayfa, İsrail) ilə cavab oyununda zədələnən "Sabah"ın yarımmüdafiəçisi Ayaz Quliyev əməliyyat olunub.
Paytaxt təmsilçisinin mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, çiyin bağlarında qopma olan futbolçunun yerli klinikalardan birində baş tutan əməliyyatı uğurlu keçib.
A.Quliyev təxminən 6 həftə sonra məşqlərə başlayacaq. onlayn aptek
Telegram kanalımız