AZ

UEFA Konfrans Liqası: Azərbaycan təmsilçilərinin pley-offdakı mümkün rəqibləri bəlli olacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək. Azərbaycanı bu mövsüm turnirdə "Zirə" və "Sabah" klubları təmsil edirlər. Onların bu mərhələdəki potensial rəqibləri məhz bu gün müəyyənləşəcək.
Oxu.Az-ın məlumatına görə, püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.
"Zirə" və "Sabah"ın yer aldığı cütlər püşk zamanı səpələnməmişlər səbətində olacaq. Bu o deməkdir ki, təmsilçilərimiz istənilən komanda ilə üzləşə bilərlər.
Qeyd edək ki, ötən mərhələdə "Zirə" Xorvatiyanın "Osiyek" klubunu, "Sabah" isə İrlandiyanın "Sent Patriks" komandasını mübarizəyə dəvət edib. Pley-off mərhələsinin ilk oyunları avqustun 8-də, cavab görüşləri isə ayın 15-də baş tutacaq. Azərbaycan təmsilçiləri ilk matçlarını səfərdə keçirəcəklər.
Konfrans Liqası
Pley-off
Əsas yol
Səpələnmişlər
"Çelsi"
"Kopenhagen" - "Banik" cütünün qalibi
"Silkeborq" - "Gent" cütünün qalibi
"Fiorentina"
"Betis"
"Saburtalo" - "Başakşəhər" cütünün qalibi
"Makkabi" PT - ÇFR cütünün qalibi
"Olimpiya" - "Şerif" cütünün qalibi
"Brondbü" - "Legiya" cütünün qalibi
"Haydenhaym"
"Mlada Boleslav" - "Hapoel" BŞ cütünün qalibi
"İlves" - "Yurqorden" cütünün qalibi
"Lans" cütünün qalibi
"Omoniya" - "Fehervar" cütünün qalibi
"Trabzonspor" - "Rapid" cütünün məğlubu
"Sürix" - "Gimarayeş" cütünün qalibi
"Hunedoara" - "Astana" cütünün qalibi
"Noah" - AEK Afina cütünün qalibi
"Mölde" - "Serkl Brügge" cütünün məğlubu
Səpələnməmişlər
"Botev" - "Zrinski" cütünün qalibi
"Maribor" - "Voyvodina" cütünün qalibi
"Braqa" - "Servett" cütünün məğlubu
"Rujomberok" - "Hayduk" cütünün qalibi
"Osiyek" - "Zirə" cütünün qalibi
"Partizan" - "Luqano" cütünün məğlubu
"Spartak" Trnava - "Visla" K cütünün qalibi
MOİK Sofiya - "Pafos" cütünün qalibi
"Ararat" - "Puşkaş Akademiya" cütünün qalibi
"Sent Patriks" - "Sabah" cütünün qalibi
"Sent Qallen" - "Slaşk" cütünün qalibi
"Kilmarnok" - "Tromse" cütünün qalibi
"St. Mirren" - "Brann" cütünün qalibi
"Auda" - "Drita" cütünün qalibi
"Panatinaikos" - "Ayaks" cütünün məğlubu
"Haken" - "Payde" cütünün qalibi
"Krivbass" - "Viktoriya" Pl cütünün məğlubu
"Paks" - "Mornar" cütünün qalibi
"Riyeka" - "Elfsborq" cütünün məğlubu
Çempionlar yolu
Səpələnmişlər
HİK - "Deçiç" cütünün qalibi
"Vikinqur" - "Flora" cütünün qalibi
"Ordabasi" - "Pünik" cütünün qalibi
"Petrokub" - TNS cütünün məğlubu
"Balkani" - "Larne" cütünün qalibi
Səpələnməmişlər
"Klaksvik" - "Borats" cütünün məğlubu
"Santa Koloma" - RFŞ cütünün məğlubu
"Selye" - "Şemrok Rovers" cütünün məğlubu
"Panevejis" - "Makkabi" Təl-Əviv cütünün məğlubu
"Dinamo Minsk" - "Linkoln" cütünün məğlubu.
Qeyd edək ki, pley-offun püşkatmadan sonrakı oyunları avqustun 22-də və 29-da keçiriləcək.
UEFA Konfrans Liqası ötən mövsüm təsis edilib və artıq böyük marağa səbəb olub. Ötən il bu turnirin ilk qalibi İtaliyanın "Roma" klubu olub.
Seçilən
201
1
oxu.az

10Mənbələr