AZ

Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti yarımfinala yüksəldi

Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
 
Moderator.az xəbər verir ki, 130 kq çəki dərəcəsində yer alan idmançı 1/4 finalda qazaxıstanlı Alimxan Sızdıkovla qarşılaşıb.
 
Rəqibinə 4:0 hesabı ilə qalib gələn Şəriəti yarımfinala yüksəlib.
 
Təmsilçimiz finalda gedən yolda kubalı Mixain Lopes Nuneslə üz-üzə gələcək.
 
Görüş bu gün saat 23:00-da başlayacaq.
Seçilən
18
5
moderator.az

5Mənbələr