AZ

Kimlərə qarpız və qovun yemək olmaz? – Həkim açıqladı

Qarpız və qovun təxminən 90 faiz sudan ibarətdir və onların qida tərkibi demək olar ki, eynidir. Medicina.az xəbər verir ki, bunu qastroenteroloq Bauman Kristina Legkova özünün “Telegram” kanalında bildirib.O, qarpız və qovunun faydalı xüsusiyyətləri ilə yanaşı, təhlükələri barədə də danışıb. “Qarpız və qovunun tərkibində ürək xəstəlikləri, mədə-bağırsaq sisteminin xəstəlikləri və digər xəstəliklər üçün risk faktorlarını azaltmağa kömək edən güclü antioksidant olan likopen var. Qovun A, C, PP və B qrupu vitaminləri, mikroelementlər, müxtəlif amin turşuları ilə zəngindir. Bu meyvələr şirniyyat əvəzi istehlak edilə bilər. Bu, ideal kilonuzu qorumağa kömək edəcək. Böyüklər üçün gündə 500 qramdan çox olmayaraq yemək məsləhətdir. Məhsullara fərdi reaksiyanı nəzərə almaq lazımdır”, - deyə həkim qeyd edib. O qeyd edib ki, 1 yaşa qədər uşaqlar mümkün allergik reaksiyalar və mədə-bağırsaq sisteminin problemləri ilə əlaqədar qarpız və qovun yeməməlidir. “Şəkərli diabet, eləcə də ürək, böyrək xəstəlikləri olan insanlar da bunları yeməkdən çəkinməlidirlər.Xora, qastrit və mədə-bağırsaq sisteminin digər xəstəliklərinin kəskinləşməsi olan xəstələr üçün də qarpız və qovun tövsiyə edilmir”, - deyə həkim nəzərə çatdırıb. Onun sözlərinə görə, qarpız toxumlarını udmaq olmaz: “Çünki qabığı qalındır, həzm olunmur. Üç yaşdan kiçik uşaqlar üçün toxumlar təhlükəli ola bilər. Yeri gəlmişkən, əgər qarpızda və ya qovunda nitratlar varsa, onlar qabığın yaxınlığında cəmləşəcək, ona görə də yaşıl hissəni yemək tövsiyə edilmir. Meyvələri dilimləyərkən bunu yadda saxlamaq lazımdır”, – Kristina Leqkova bildirib. Həkim vurğulayıb ki, qarpızları bazarlardan və mağazalardan almaq lazımdır: “Yol kənarında satılan qarpız və qovunları almamalısınız. Çünki meyvələr zərərli maddələri udur. Kəsilmiş meyvə soyuducuda saxlanıla bilər. Bir gündən çox olmayaraq, 3-4 dərəcədə saxlamaq mümkündür”. 

Seçilən
195
16
turanpress.com

10Mənbələr