AZ

Amerikalı hərbçilər Zəngəzura girdi – Azərbaycana qarşı hansı təxribatlar hazırlanır?

“5 aprel tarixində ABŞ, Ermənistan və Avropa İttifaqı arasında hərbi paktın imzalanmasından sonra Birləşmiş Ştatlar intensiv şəkildə Ermənistan ərazisinə, o cümlədən də Qərbi Zəngəzura daxil olmaqdadır”.

Bu sözləri Yenicag.az-a açqılamasında hərbi ekspert Ədalət Verdiyev deyib.


Mütəxəssis Ermənistana gələn amerikalı hərbçilərinin Qərbi Zəngəzurda yerləşdirilməsi faktına toxunub.
Onun sözlərinə görə, biz yalnız avqustun 2 və 3-də deyil, daha əvvəl də biz ABŞ hərbi hava qüvvələrinə məxsus yük təyyarələrinin Ermənistan ərazisinə daxil olduğunu müşahidə etmişdik:
“Bütün bunlar onlar göstərir ki, Ermənistan məhz ABŞ və Fransanın dəstəyi ilə Azərbaycana qarşı daha genişmiqyaslı təxribatlara hazırlanır. Bundan əlavə, sözügedən təxribatların hərbi eskalasiyaya çevrilməsi ehtimalı da böyükdür. Eyni zamanda, ABŞ Ermənistan ərazisində – Qərbi Zəngəzurda Ermənistana verdiyi radiolokasiya stansiyalarından İran ərazisindəki hava hücum vasitələrinin, o cümlədən təyyarə, raket və digər pilotsuz uçuş aparatlarının hərəkət trayektoriyasını müşahidə etməkdədir”.
“Başqa sözlə desək, ABŞ və Fransa tarixi Azərbaycan torpaqlarında Ermənistanı daha böyük fəlakətlərə sürükləmək üçün əllərindən gələni edirlər. Ermənistan tərəfinə isə xatırlatmaq yerinə düşər ki, onlar Azərbaycana qarşı təxribat törətdikləri ərazilərdə biz Azərbaycan əsgərini və Azərbaycan bayrağını yerləşdirə bilərik. Bunun üçün Azərbaycan əsgərinin imkan və potensialları genişdir. Bu məsələlərdə Ermənistan kifayət qədər ehtiyatlı olmalıdır ki, tarixi Azərbaycan torpaqlarında Azərbaycan Silahlı Qüvvələrinin keçirəcəyi hərbi paradla qarşılaşmasınlar”, – deyə həmsöhbətimiz fikirlərini tamamlayıb.
Xatırladaq ki, “Caliber” nəşri ABŞ ordusunun Zəngəzura daxil olması ilə bağlı məlumat yayıb. Nəşr yazır ki, “Flightradar” qlobal uçuş izləmə xidmətinin məlumatına görə, avqustun 2 və 3-də ABŞ-ın Rumıniya və Yaxın Şərqdəki hərbi bazalarından Ermənistanın “Zvartnots” hava limanına 2 hərbi təyyarə enib.

“ABŞ Silahlı Qüvvələrinə məxsus “Boeing C-17” hərbi yük təyyarəsi ilə şəxsi heyət hərbi yüklərlə birlikdə “Zvartnots” hava limanına gətirilib. Əvvəllər ABŞ Ermənistan xüsusi təyinatlıları üçün bu sursatlardan istifadə üzrə təlimlər keçirib, bundan sonra Ermənistan tərəfi silahları real şəraitdə sınaqdan keçirmək məqsədilə Kəlbəcər istiqamətində Azərbaycan ordusunun bölmələrinə qarşı hərbi təxribat törədib”, – deyə məlumatda qeyd olunub.

Rafi Müslümov

Seçilən
130
50
yenicag.az

10Mənbələr