Bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ölkəmizi təmsil edən "Zirə" və "Sabah" klubları ilk matçlarına çıxacaq.
BAKU.WS xəbər verir ki, hər iki komanda səfərdə oynayacaq.
"Zirə" Xorvatiya təmsilçisi "Osiyek"in qonağı olacaq. "Opus Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
"Sabah" isə İrlandiyada "Sent Patriks Atletik"lə üz-üzə gələcək. Dublindəki "Tallaqt" stadionundakı görüş Bakı vaxtı ilə saat 22:45-da başlayacaq.
UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
22:00. "Osiyek" - "Zirə"
Xorvatiya, "Opus Arena".
22:45. "Sent Patriks Atletik" - "Sabah"
Dublin, "Tallqat" stadionu
Xatırladaq ki, cavab matçları 1 həftə sonra Bakıda keçiriləcək.