EN

UEFA Konfrans Liqası: "Sabah" və "Zirə" III təsnifat mərhələsində ilk matçlarına çıxacaq

Bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ölkəmizi təmsil edən "Zirə" və "Sabah" klubları  ilk matçlarına çıxacaq.

BAKU.WS xəbər verir ki, hər iki komanda səfərdə oynayacaq.

"Zirə" Xorvatiya təmsilçisi "Osiyek"in qonağı olacaq. "Opus Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

"Sabah" isə İrlandiyada "Sent Patriks Atletik"lə üz-üzə gələcək. Dublindəki "Tallaqt" stadionundakı görüş Bakı vaxtı ilə saat 22:45-da başlayacaq.

UEFA Konfrans Liqası

III təsnifat mərhələsi, ilk oyunlar

22:00. "Osiyek" - "Zirə"

Xorvatiya, "Opus Arena".

22:45. "Sent Patriks Atletik" - "Sabah"

Dublin, "Tallqat" stadionu

Xatırladaq ki, cavab matçları 1 həftə sonra Bakıda keçiriləcək.

Chosen
76
15
baku.ws

10Sources