Azərbaycandan xaricə təyyarə səfərləri sürətlə artır.
Şirkətlər müharibə qorxusu ilə İrana və İsrailə - UÇUŞLARI DAYANDIRIRLAR - SİYAHI
FED.az xəbər verir ki, 2024-cü ilin ilk 7 ayı ərzində Azərbaycandan xarici ölkələrə cəmi 15 minə yaxın, daha dəqiqi 14 915 uçuş həyata keçirilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə bu il uçuşların sayı 16% və ya 2500 dəfə artıq olub. Xatırladaq ki, 2023-cü ilin ilk 7 ayı ərzində Azərbaycandan fərqli ölkələrə 12 369 dəfə uçuş baş vermişdi.
Bu il ən çox uçuşlar turizm mövsümündə – may-iyun-iyul aylarında qeydə alınıb.
1. Rusiya
2024-cü ilin ilk 7 ayında Azərbaycandan uçuşların ən çox həyata keçirildiyi ölkə Rusiya Federasiyası olub - 4 342 uçuş. Başqa sözlə, Azərbaycandan Rusiyaya gündə 20-dən artıq təyyarə yollanır. Rusiyaya Azərbaycandan ayda 500-600 təyyarə uçur, son 2 ayda uçuşların sayı 700-ü keçib. Ötən ilin eyni dövrü ilə müqayisədə Rusiyaya uçuşlar təqribən 10% artıb.
2. Türkiyə
Uçuşların sayına görə, 2-ci yeri Türkiyə tutur – qardaş ölkəyə 7 ayda 3322 təyyarə uçub – təqribən gündə 16 uçuş. Türkiyəyə Azərbaycandan ayda 400-500 təyyarə uçur, amma amma iyulda bu rəqəm 700-ü keçib. Ötən ilin eyni dövrünə nisbətən Türkiyəyə uçuşların sayında 150 artım var.
3. Birləşmiş Ərəb Əmirlikləri
Azərbaycandan ən çox uçuş olan 3-cü ölkə Birləşmiş Ərəb Əmirlikləridir. İlk 7 ayda Dubay və onun ətrafına 1 752 uçuş həyata keçirilib. Ümumiyyətlə ölkəmizdən Dubaya ayda 200-300 uçuş edilir. Dubaya uçuşların sayında son 1 ildə 30%-ə yaxın artım var.
4. Gürcüstan
Qonşu Gürcüstan bəlkə də yeganə ölkədir ki, azərbaycanlıları oraya uçarkən əsəbiləşirlər. Sərhədlərin açıq dövründə Gürcüstana təyyarə ilə səyahət ağlagəlməz idi və avtomobillə çox ucuz başa gəlirdi. İndi isə başqa ölkələrə Gürcüstan üzərindən səyahət etmək üçün də Tbilisiyə hava yolu ilə getmək lazım gəlir. Ölkəmizdən Gürcüstana 7 ayda 1 163 dəfə uçuş olub – buraya uçuşlar ayda 200-ü keçmir. Əvvəlki ilin eyni dövrünə nisbətən bu ölkəyə uçuşların sayı 300 artıb.
5. Səudiyyə Ərəbistanı
Azərbaycanlıları cəlb edən daha bir ərəb ölkəsi Səudiyyə Ərəbistanıdır. İlk 7 ayda bu ölkəyə 508 təyyarə reysi baş tutub. Adətən bu ölkəyə uçuşların sayı ayda 40-70 arasında olur, amma son iki ayda bu rəqəm 120-yə yaxınlaşıb. Hərçənd əvvəlki illə müqayisədə Səudiyyəyə uçuşlar azalıb – əvvəlki il 533 uçuş olmuşdu.
Artıb-azalmalar
Qeydedək ki, uçuşların ən çox olunduğu sadalanan 5 ölkə üzrə keçən ilin eyni vaxtı ərzində müvafiq olaraq Rusiya Federasiyası istiqamətində 3 890 uçuş, Türkiyə istiqamətində 3 098 uçuş, Birləşmiş Ərəb Əmirlikləri istiqamətində 1 316 uçuş, Gürcüstan istiqamətində 861 uçuş və Səudiyyə Ərəbistanı istiqamətində 533 uçuş reallaşdırılıb.
Rəqəmlərə nəzər saldıqda 2023-cü ilə nəzərən uçuşların ən çox olduğu ölkələr cərgəsində yalnız Səudiyyə Ərəbistanı istiqamətində edliən uçuşların sayında müəyyən qədər azalma müşahidə edilib. 2023-cü ilin eyni dövründə 533 uçuş, bu il isə 25 uçuş daha az olaraq 508 uçuş qeydə alınıb, digər dörd ölkə üzrə isə saylar artıb.
Azərbaycandan ən az uçuş olan ölkələr
Azərbaycandan ən az uçuşlar isə Qırğızıstan, Latviya, Oman, İsveçrə və Yunanıstan ölkələri istiqamətində qeydə alınıb.
Bu 7 ayda Azərbaycandan Qırğızıstana cəmi 16 dəfə uçuş olub. Latviyaya 13 dəfə, Omana 12 dəfə, İsveçrəyə 10 dəfə və Yunanıstana bu dövrdə cəmi 1 dəfə olub.
Qeyd edək kİ, 2023-cü ilin 7 ayı ərzində Qırğızıstana edilən uçuşlar 2, Latviyaya edilən uçuşlar 22 və Omana edilən uçuşlar 9 təşkil edib. Keçən il İsveçrə və Yunanıstan istiqamətində 7 ay ərzində uçuş həyata keçirilməyib.
Bu il üzrə müvafiq olaraq uçuşların həyata keçirildiyi ölkələr və aylar üzrə uçuş sayları aşağıdakı cədvəldə :
Ölkələr | Yanvar | Fevral | Mart | Aprel | May | İyun | İyul | Cəmi |
Rusiya | 574 | 484 | 524 | 626 | 689 | 727 | 718 | 4342 |
Türkiyə | 425 | 374 | 410 | 433 | 457 | 521 | 702 | 3322 |
Birləşmiş Ərəb Əmirlikləri | 251 | 225 | 240 | 247 | 268 | 291 | 230 | 1752 |
Gürcüstan | 176 | 138 | 157 | 158 | 169 | 173 | 192 | 1163 |
Səudiyyə Ərəbistanı | 71 | 59 | 51 | 57 | 40 | 117 | 113 | 508 |
Qazaxıstan | 52 | 45 | 70 | 59 | 70 | 87 | 77 | 460 |
Hindistan | 44 | 40 | 51 | 56 | 62 | 60 | 60 | 373 |
Qatar | 51 | 53 | 44 | 45 | 49 | 50 | 52 | 345 |
Küveyt | 39 | 37 | 12 | 31 | 31 | 37 | 43 | 230 |
Özbəkistan | 32 | 28 | 36 | 38 | 39 | 45 | 28 | 246 |
İsrail | 1 | 5 | 44 | 54 | 55 | 54 | 55 | 268 |
İtaliya | 30 | 27 | 33 | 27 | 25 | 28 | 30 | 200 |
Almaniya | 22 | 23 | 9 | 25 | 28 | 28 | 27 | 162 |
Pakistan | 18 | 16 | 12 | 21 | 21 | 25 | 38 | 151 |
Birləşmiş Krallıq | 17 | 12 | 19 | 24 | 27 | 24 | 26 | 149 |
Belarus | 31 | 25 | 8 | 18 | 22 | 20 | 22 | 146 |
Polşa | 17 | 16 | 21 | 20 | 22 | 21 | 21 | 138 |
Çin | 20 | 13 | 20 | 22 | 20 | 20 | 11 | 114 |
Moldova | 8 | 8 | 9 | 13 | 14 | 21 | 22 | 95 |
Macaristan | 13 | 12 | 13 | 12 | 14 | 13 | 12 | 89 |
Çex Respublikası | 11 | 8 | 13 | 12 | 13 | 13 | 13 | 82 |
Bahreyn | 12 | 12 | 11 | 12 | 13 | 9 | 12 | 81 |
Avstriya | 8 | 12 | 12 | 12 | 13 | 12 | 11 | 80 |
Fransa | 9 | 8 | 8 | 11 | 11 | 11 | 11 | 79 |
İspaniya | 9 | 8 | 9 | 9 | 8 | 10 | 13 | 78 |
İraq | 6 | 9 | 9 | 8 | 9 | 8 | 14 | 63 |
İran | 9 | 6 | 8 | 9 | 8 | 7 | 7 | 53 |
Misir | 5 | 4 | 6 | 4 | 6 | 9 | 9 | 43 |
Montenegro | 5 | 14 | 18 | 37 | ||||
Rumıniya | 8 | 9 | 17 | |||||
Bolqarıstan | 7 | 9 | 16 | |||||
Qırğızıstan | 7 | 9 | 16 | |||||
Latviya | 13 | 13 | ||||||
Oman |
|
|
|
| 4 | 8 | 12 | 12 |
İsveçrə | 5 | 3 | 1 |
| 1 |
|
| 10 |
Yunanıstan |
|
|
| 1 |
|
|
| 1 |
Cəmi | 1968 | 1703 | 1820 | 2056 | 2231 | 2492 | 2645 | 14915 |