AZ

"Azərbaycan Olimpiya Evi"ndə medal qazanan idmançılarımızla görüş keçirilib (FOTO)

Paris. Trend:

XXXIII Yay Olimpiya Oyunları çərçivəsində Parisdə fəaliyyətgöstərən "Azərbaycan Olimpiya Evi"ndə idmançılarımızın qələbəsinəhəsr olunmuş növbəti görüş keçirilib.

Trend xəbər verirki, görüşdə Olimpiya Oyunlarında gümüş və bürünc medal qazananidmançılarımız Alfonso Dominqes, Georgi Meşvildişvili, eləcə dəOlimpiadanın final mərhələsində uğurla çıxış edərək 5-ci yeri tutanbədii gimnastika üzrə qrup hərəkətləri komandamız alqışlarlaqarşılanıblar. Tədbir iştirakçıları idmançılarımızı qələbələrimünasibətilə təbrik edib, onlarla qürur duyduqlarınıbildiriblər.

Tədbirdə Azərbaycan Olimpiya komandasının üzvləri, Olimpiya vədünya çempionları, müxtəlif ölkələrin idman nümayəndə heyətlərininnümayəndələri, "Paris-2024" Yay Olimpiya Oyunlarında ölkəmizitəmsil edən idmançılar, onların məşqçiləri, Azərbaycan diasporununnümayəndələri, xarici qonaqlar, media mənsubları və digər şəxsləriştirak ediblər.

Xarici ölkələrin idmançı və mütəxəssisləri və tədbirdə çıxışedənlər Azərbaycan idmançılarının "Paris-2024" Yay OlimpiyaOyunlarında uğurlu çıxışları münasibətilə ölkəmizi təbrik ediblər.Tədbirdə həmçinin XXXIII Yay Olimpiya Oyunlarının bağlanışmərasimində Azərbaycan Milli Olimpiya Komandası bayraqdarlarınınadları açıqlanıb. Bayrağımızı daşımaq şərəfi taekvondoçumuz,Olimpiadanın gümüş medalçısı Qaşım Maqomedov və bədii gimnastikaüzrə qrup hərəkətləri komandamızın ən təcrübəli üzvü ZeynəbHümmətova həvalə edilib.

Tədbir gənc müğənni Mərdan Kazımovun ifasında müxtəlifAzərbaycan musiqiləri ilə davam edib.

Məqalədə:
Seçilən
12
4
az.trend.az

5Mənbələr