AZ

ABŞ Zəngəzura hərbi qüvvə yerləşdirdi – “Xaotik hadisələr baş verə bilər”

ABŞ-ın Türkiyədəki səfiri Ceff Fleyk “Röyter”ə açıqlamasında deyib ki, ABŞ Türkiyə də daxil olmaqla, bütün müttəfiqlərini Tehranı Yaxın Şərqdə gərginliyi azaltmağa inandırmağa çağırır. Digər tərəfdən ABŞ-ın Ermənistan ərazisinə həm silah, texnika, həm də canlı qüvvə gətirməsi ilə bağlı fikirlər mövcuddur.

Ola bilərmi ki, ABŞ Ermənistan vasitəsilə İrana qarşı hər hansı əməliyyatlar keçirsin? Ümumiyyətlə, Türkiyənin İsrailə münasibətini nəzərə alsaq, ABŞ-ın bu təklifini yerinə yetirəcəkmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov deyib ki, İran-İsrail qarşıdurması bir sıra kənar qüvvələr və ABŞ üçün regiona yerləşmək, özünün hərbi birləşmələrini, texnikalarını bura cəmləmək üçün münbit şərait yaradır:

“Aralıq dənizi, Hind okeanı, İran körfəzi, Qırmızı dəniz istiqamətində qüvvələr yerləşdirilib. İranın şimalında – Zəngəzur ərazisində Ermənistan vasitəsilə öz hərbi təyyarələrinin, yüklərinin daşınmasını həyata keçirir. Sanki İsrail-İran qarşıdurmasından istifadə edən rəsmi Vaşinqton faktiki olaraq regionu mühasirəyə alıb.

Xəyal Bəşirov

İsrail və İran arasında gərginlik olamasaydı, ABŞ bu addımları ata bilməyəcəkdi. Əgər atsaydı, dərhal cavab verilərdi. Ona görə də hazırda yaranmış imkanlardan istifadə edən ABŞ regiona öz qüvvələrini yerləşdirir”.

X.Bəşirovun sözlərinə görə, ABŞ qüvvələrinin bölgədə yerləşdirilməsi xüsusən İrana böyük təhlükə yaradır:

“Xaotik proseslər baş verə bilər. Təəssüf ki, Ermənistan bu kimi hadisələr üçün öz ərazisini meydana çevirib. Cənubi Qafqazda baş verən gərginliklər ətraf ərazilərə də sıçrayacaq. Azərbaycan da sözügedən prosesdən kənarda qala bilməyəcək.

Bu gün dünya münaqişəni sakitləşdirən deyil, vəziyyətdən öz maraqları naminə istifadə edən güclərin girovuna çevrilib”.

Seçilən
176
50
turkustan.az

10Mənbələr