AZ

Peşəkar mühasib sertifikatı almaq istəyənlər imtahan veriblər

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi (mühasibat uçotu üzrә) keçirilib.

Bu barədə “525.az”a DİM-dən bildirilib.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda və Naxçıvan şəhərlərində ümumilikdə 7 binada təşkil olunub. İmtahanın keçirilməsi üçün 7 ümumi imtahan rəhbəri, 19 imtahan rəhbəri, 138 nəzarətçi müəllim, 20 mühafizə (buraxılış rejimi) əməkdaşı cəlb edilib.

İmtahan 3 saat müddətində aparılıb və namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. 40 test tapşırığının 30-u qapalı, 10-u açıq tipli tapşırıqlardır. İmtahanda maksimum 100 bal toplamaq mümkündür. Qapalı tipli tapşırıqların 20-si 1 balla, 10-u 2 balla, açıq tipli tapşırıqların 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.

İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması ilə əlaqədar yaxın 4 həftə ərzində elan olunacaq.

Xatırladaq ki, imtahanın II mərhələsi (qanunvericilik üzrə) noyabrın 26-da keçiriləcək və prosesdə iştirak etmək üçün qeydiyyat noyabrın 14-dək davam edəcək.























Bizi Facebookda izləyin

Seçilən
631
6
525.az

7Mənbələr