AZ

"Leypsiq" 22 milyon avroya 19 yaşlı futbolçu transfer edib

Almaniyanın "Leypsiq" klubu Belçika təmsilçisi "Brügge"dən Antonio Nusanı transfer edib.

Bundesliqa təmsilçisi 19 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayıb. O, yeni klubunda 7 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Nusa ötən mövsüm "Brügge" klubunun heyətində meydana çıxdığı 46 oyunda 4 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" bu keçidi 22 milyon avro olaraq qiymətləndirib.

Seçilən
58
2
cbcsport.az

3Mənbələr