İspaniyanın "Real" klubu UEFA Superkuboku uğrunda matçda İtaliyanın "Atalanta" klubu ilə qarşılaşıb.
Yenisabah.az xəbər verir ki, görüş Varşavadakı Milli stadionda keçirilib.
"Real" Federiko Valverde (60-cı dəqiqə) və Kilian Mbappe (68) vurduğu qollar sayəsində qələbə qazanıb - 2:0. Sayt yaratmaq
Madrid klubu altıncı dəfə UEFA Superkubokunun sahibi olub və yeni rekorda imza atıb. "Real" kuboku beş dəfə qazanan İspaniyanın "Barselona" və İtaliyanın "Milan" klublarını qabaqlayıb.
Madridlilər 2002, 2014, 2016, 2017 və 2022-ci illərdə UEFA Superkubokunu qazanıb.
Telegram kanalımız