AZ

"Sumqayıt" heyətini liberiyalı futbolçu ilə gücləndirib

"Gənclik şəhəri" təmsilçisi daha bir futbolçunun keçidini reallaşdırıb.

"Sumqayıt" son mövsümü Özbəkistanın “Surxon Termiz” klubunda keçirmiş Liberiya millisinin üzvü Silvanus Nimeli ilə 2+1 illik müqavilə imzalayıb. 25 yaşlı hücumçu 99 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, “Sumqayıt” buna qədər Rəhim Sadıxov, Fernando Medeiros, Slavişa Radoviç, Nikola Vuynoviç və Sərtan Taşkını heyətinə qatıb.

Seçilən
29
32
cbcsport.az

10Mənbələr