AZ

Ronaldu qol vurdu, "Əl-Nəsr" finala adladı

Səudiyyə Ərəbistanı Superkubokunun yarımfinalında Kriştianu Ronaldunun formasını geyindiyi “Əl-Nəsr” “Əl-Taavun”a 2:0 hesabı ilə qalib gəlib.

Portuqaliyalı superulduz futbolçu bu matçda bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Növbəti qol isə Ayman Ahyanın aktivinə yazılıb. Bu gün Xorvatiya milli komandasındakı karyerasını başa vuran yarımmüdafiəçi Marselo Brozoviç isə qırmızı vərəqə alaraq meydanı vaxtından əvvəl tərk edib.

Əlavə edək ki, “Əl-Nəsr” Superkubokun finalında “Əl-Hilal”la qarşılaşacaq. Matç avqustun 17-də baş tutacaq.

Seçilən
67
1
cbcsport.az

2Mənbələr