AZ

"Apple" böyük ekranlı kompüter buraxmaq fikrindən daşınmayıb

"Apple" hələ də ekranı 30 düymdən böyük olan "iMac"i inkişaf etdirir. 

Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.

2022-ci ilin martında "Mac Studio" və 27 düymlük "Studio Displeyini buraxdıqdan sonra "Apple" 27 düymlük Intel əsaslı "iMac"lərin istehsalını dayandırıb. Şirkət 2021-ci ilin martında "iMac Pro"nun istehsalını dayandırıb və 2023-cü ildə təsdiqləyib ki, yeni bir 27 düymlük "iMac" buraxmaq niyyətində deyil. 

Məlumdur ki, "Apple" 2023-cü ilin ortalarında böyük ekranlı kompüter hazırlamağa başlayıb, lakin o vaxtdan bəri heç bir yeni məlumat alınmayıb. "Bloomberg"ə görə, "Apple" daha böyük "iMac" buraxmaq imkanlarını araşdırmaqda davam edir.

Kompüterin bu il çıxacaq 24 düymlük "iMac" modeli üçün nəzərdə tutulan "Apple M4" çipsetindən istifadə edib-etməyəcəyi hələ məlum deyil.

2023-cü ilin iyununda "Bloomberg" jurnalisti və insayder Mark Qurman yeni "iMac"in bir və ya iki ilə çıxa biləcəyini bildirib. Analitik Minq-Çi Kuo həmin ilin oktyabr ayında "Mini-LED" displeyli 32 düymlük "iMac"ı 2025-ci ildə gözlədiyini deyib.

Yeni "iMac"in dəqiq ölçüsü hələ məlum deyil, lakin onun diaqonalı 30 düymdən çox olan ekrana sahib olacağı ehtimal edilir. Yeni "iMac"in daha incə çərçivələrə və 27 düymlük Studio Ekranına uyğun dizayna malik olacağı gözlənilir.

Paşa Məmmədli
 

Seçilən
192
50
valyuta.az

10Mənbələr