AZ

Azərbaycan ölkələrin UEFA reytinqində gerilədi

Azərbaycan ölkələrin UEFA reytinqində iki pillə geriləyib.

Oxu24.com xəbər verir ki, bu, avrokuboklarda III təsnifat mərhələsinin cavab oyunlarından sonra baş verib.

"Qarabağ" Çempionlar Liqasında Bolqarıstanda əlavə vaxtda (əsas vaxt 3:2) "Ludoqorets"ə qalib gəlib - 7:2.

"Sabah" UEFA Konfrans Liqasında Bakıda "Sent Patriks Atletik"ə məğlub olub (0:1), "Zirə" isə "Osiyek"lə heç-heçə edib - 2:2.

26-cı sırada yer alan ölkənin əmsalı 18,875-ə bərabərdir.

"Qarabağ"ın qələbəsi Azərbaycanın aktivinə 0,250, "Zirə"nin heç-heçəsi isə 0,125 əmsal qazandırıb. 25-ci pillədəki Kiprin 18,975, 27-ci yerdəki Bolqarıstanın 18,375 əmsalı var.

55 ölkənin yer aldığı reytinq siyahısına İngiltərə (89.160) başçılıq edir.

Seçilən
31
30
oxu24.com

10Mənbələr