AZ

“Neftçi” - “Sabah” oyununun yeri növbəti dəfə dəyişdirildi

Azərbaycan Premyer Liqasının III turunun “Neftçi” – “Sabah” oyununun yeri növbəti dəfə dəyişdirilib. Azərbaycan Premyer Liqasının III turunun “Neftçi” – “Sabah” oyununun yeri növbəti dəfə dəyişdirilib. Matc.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının saytı məlumat yayıb. Bildirilir ki, “Liv Bona Dea Arena”nın ot örtüyünün UEFA Konfrans Liqasının oyunu üçün qorunması məqsədilə “Zirə” klubunun “Neftçi” klubuna müraciəti, “Sabah”ın məlumatlandırılması və Peşəkar Futbol Liqasının yekun qərarı ilə III turun “Neftçi” – “Sabah” əvvəlcədən elan olduğu kimi “Liv Bona Dea Arena”da deyil, Zirə İdman Kompleksinin stadionunda baş tutacaq. Qeyd edək ki, sabah keçiriləcək “Neftçi” – “Sabah” görüşü saat 20:30-da start götürəcək.  

Seçilən
38
28
matc.az

10Mənbələr