AZ

"Dinamo"nun baş məşqçisi: "İstəyərdim ki, sabah hər şey həll olunsun"

Xorvatiyanın "Dinamo" klubu Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində sabah öz meydanında"Qarabağ"ı qəbul edəcək.

İqtisadiyyat.az xəbər verir ki, Zaqreb təmsilçisinin baş məşqçisi Sergey Yakiroviç matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib. 47 yaşlı mütəxəssis "Qarabağ"ın heyətində yaxşı oyunçuların olduğunu bildirib:

"Uzun müddətdir bir yerdə çıxış edən ciddi komanda ilə qarşılaşırıq. Oyuna maksimum köklənməliyik. Onlar ötən mövsüm "Bayer"i çətin duruma saldılar. Son Çempionlar Liqası matçında səfərdə 7 qol vuraraq mesaj verdilər. Bu, bizim üçün böyük xəbərdarlıqdır.

"Qarabağ" bir neçə fərdi ustalığı yaxşı olan oyunçuya malikdir. Rəqibin hücum xəttində çox yaxşı oyunçular var. Abdullah Zubir, Yassin Benzia, Juninyo, Julio Romao - bu dörd oyunçu ən böyük təhlükədir. Onların müdafiəsinin necə olduğunu isə görəcəyik. İstəyərdim ki, sabah hər şey həll olunsun, amma bilirəm ki, bu, hələ birinci hissədir. Çempionlar Liqasında zəif rəqib yoxdur, hamısı öz ölkələrinin çempionudur".

Seçilən
129
42
iqtisadiyyat.az

10Mənbələr