Demokrat.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Xorvatiya təmsilçisi "Dinamo"ya (Zaqreb) qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan öncə baş tutan mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis sabah çox ciddi rəqibə qarşı mübarizə aparacaqlarını bildirib:
"Onların çox güclü azarkeş ordusu var. Belə bir ab-havada oynamaq bizim üçün çox xoş olacaq. Hər iki komanda üçün ciddi sınaq olacaq. Artıq üçüncü dəfədir ki, Çempionlar Liqasının pley-off mərhələsində iştirak edirik. Çox istəyirik ki, qrup mərhələsinə vəsiqə əldə edək. Futbolçularım bu oyuna hazırdılar. Baxmayaraq ki, bir neçə itkilərimiz var. Sabah futbolçularımızdan nizam-intizamlı oyun gözləyirəm".
Q.Qurbanov III təsnifat mərhələsində qalib gəldikləri "Ludoqorets" (Bolqarıstan) komandası ilə "Dinamo" kollektivlərinin fərqli rəqiblər olduğunu söyləyib:
"Xorvatlar daha təcrübəlidirlər. Nəticə qazanmaq üçün maksimum əllərindən gələni edirlər. Elə bir mərhələdəyik ki, komandamız özünü daha da yaxşı hiss edir və oyundan-oyuna hazırlıqlarını bir qədər də artırırlar. Biz hər dəfə mərhələ adladıqca qarşımıza daha ciddi rəqib çıxır. Bu da həyəcan və məsuliyyətin artmasına səbəb olur".
10Sources
-
baku.wsQurban Qurbanov: Çox istəyirik ki, qrup mərhələsinə vəsiqə əldə edək ( 10001326)
-
metbuat.azÇox istəyirik ki, qrup mərhələsinə vəsiqə əldə edək - ( 10001015)
-
rekord.az“Çox istəyirik ki, qrup mərhələsinə vəsiqə əldə edək” - Qurban Qurbanov ( 10000793)
-
futbolinfo.az“Çox istəyirik ki, qrup mərhələsinə vəsiqə əldə edək” – Qurban Qurbanov ( 10000781)
-
sportnet.azQurban Qurbanov: "Dinamo" daha təcrübəli komandadır" ( 10000616)
-
publika.azQurban Qurbanov: “Çox istəyirik ki, qrup mərhələsinə vəsiqə əldə edək” ( 10000526)
-
hurriyyet.azQurban Qurbanov: Çox istəyirik ki, qrup mərhələsinə vəsiqə əldə edək ( 10000208)
-
demokrat.azÇox istəyirik ki, qrup mərhələsinə vəsiqə əldə edək — Qurban Qurbanov ( 10000054)
-
cbcsport.azQurban Qurbanov: "Qrup mərhələsinə vəsiqə əldə etməyi çox istəyirik" ( 9999815)
-
news365.azSabah “Dinamo“ ilə matçda bunu gözləyirəm - Qurbanov ( 9999737)