EN

Laçının Bəylik kəndində günəş panellərinin quraşdırılmasına 1 milyon manat xərclənəcək

Laçının Bəylik yaşayış məntəqələrində evlərin və sosial obyektlərin alternativ enerji mənbələri (günəş panelləri) ilə təchiz edilməsinə 913.945,16 AZN vəsait xərclənəcək. Bu barədə tednerlərlə bağlı rəsmi elan saytında məlumat yerləşdirilib. 
 
Tenderin qalibi isə "HELİND ENERJİ"  MMC-dir. 
 
Qalib şirkət dövlət qeydiyyatına 2021-ci alınıb və nizamnamə kapitalı 10 manatdır. 
 
Laçına ilk köç 2023-cü il mayın 27-də baş tutub.

Laçın rayonunun Sus kəndinə ilk köç karvanı mayın 11-də olub.

Bundan əvvəl Prezident İlham Əliyev bildirib ki, 2024-cü ilin sonuna qədər 20 min məcburi köçkün öz yurdlarına qayıdacaq.

Qarabağın işğaldan azad olunmasından sonra 2023-2026-cı illəri əhatə edən "Böyük Qayıdış" Proqramı hazırlanıb.

Prezident İlham Əliyev 2023-cü il oktyabrın 10-da  Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, yaxın üç ildə Qarabağa Qayıdış proqramı çərçivəsində 100 min əhalinin azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulub.

Dekabrın 12-də Qarabağ iqtisadi rayonunun xüsusi nümayəndəsi Emin Hüseynov mətbuata bildirib ki, proqram çərçivəsində 2026-ci ilə qədər Qarabağa 16 min ailənin köçürülməsi planlaşdırlıb.

1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Laçın 2020-ci il noyabrın 10-da Prezident İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanata əsasən dekabrın 1-də Azərbaycana qaytarılıb.
 

Gülnar Nazimqızı
 


www.anews.az
Chosen
31
2
anews.az

6Sources