Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda səfərdə olan “Starlink” peyk sisteminin qlobal lisenziyalar və yeni bazarlar üzrə direktoru Rebekka Slik Hanterlə görüşüb.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, görüş zamanı Azərbaycanda “Starlink” genişzolaqlı peyk internet xidmətinin təşkili məsələləri müzakirə edilib.