EN

Bakı Şəhər İcra Hakimiyyətində müşavirə

Bakı Şəhər İcra Hakimiyyətində paytaxt rayonları icra hakimiyyətləri başçıları və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib. 

BŞİH-nin mətbuat xidmətindən bildi­rilib ki, müşavirədə bir sıra məsələlər, o cümlədən paytaxtda aparılan əsaslı təmir, abadlıq-quruculuq, yaşıllaşdırma işləri­nin vəziyyəti və digər məsələlər müzakirə edilib. Qeyd olunub ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bu gün paytaxtımız keyfiyyətcə yeni inkişaf səviyyəsinə yüksəlib, əhalinin həyat və mədəni səviyyəsi artıb, şəhərdə genişmiqyaslı quruculuq işləri həyata ke­çirilir.

Şəhər ərazisində həyata keçirilən işlərin monitorinqlərinin nəticələri müşavirə işti­rakçılarının diqqətinə çatdırılıb. Həmçinin son vaxtlar Binəqədi və Yasamal rayonla­rında bu istiqamətdə müsbət dəyişikliklərin müşahidə edildiyi vurğulanıb. Paytaxtda aparılan əsaslı təmir, abadlıq-quruculuq iş­lərinin sürətləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Müşavirədə qanunsuz tikililərlə bağlı məsələ ciddi müzakirə olunub və rayon­larda aparılan monitorinqlərin nəticələrinə dair görüntülər nümayiş etdirilib. 

Tədbirdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bil­dirib ki, bu gün dövlətimizin başçısı İlham Əliyev məmurlar qarşısında ciddi tələblər qoyub, onların təmiz işləmələrini və təva­zökar olmalarını bir vəzifə kimi tapşırıb. Lakin hələ də bəzi mənfi hallar müşahidə edilməkdədir. Bununla əlaqədar rayon icra hakimiyyətlərinin başçılarına ciddi xəbər­darlıq edilərək, təcili tədbirlərin görülməsi tələb olunub. Bildirilib ki, BŞİH-nin moni­torinq qrupu tərəfindən işlərə nəzarət edilə­cək və nəticələr bir aydan sonra yenidən müzakirəyə çıxarılacaq. 

XQ

Chosen
99
7
xalqqazeti.az

10Sources