Bu gün basketbolun 3x3 növü üzrə Avropa kuboku start götürüb. Sport24.az xəbər verir ki, Avstriyanın paytaxtı Vyanada təşkil olunan yarışın ilk günündə Azərbaycanın qadın basketbolçuları da mübarizəyə başlayıb.
Â
Yığmamız qrup mərhələsində iki oyun keçirəcək. Öncə İspaniya ilə qarşılaşacaq millimiz ardınca meydan sahibləri Avstriya ilə üz-üzə gələcək.
Â
Avropa kubokuQrup mərhələsi22 avqust15:40. Azərbaycan – İspaniya - 12:2019:15. Azərbaycan – Avstriya
Qeyd edək ki, hər qrupda ilk iki yeri tutan komandalar 1/4 finala adlayacaq.