EN

“Zəngəzurun işğal ediləcəyi haqda dezinformasiyada Ermənistan özü maraqlıdır” 

“Azərbaycanın guya Zəngəzuru işğal edəcəyi haqda xəbərlər yayılmasında Ermənistan özü maraqlıdır...” 
 
“Böyük bir geopolitik oyun gedir. Və istər-istəməz həmin oyunun bir qolu da Zəngəzurla bağlıdır.  Odur ki, bu daha dərin və daha çoxtərəfli məsələdir...”
 
“Birincisi, mən doğrusu, hiss etmədim ki, Zaxarovanın bu son bəyanatında nəsə bir yenilik var. Bu yenu bir bəyanat deyil, köhnə fikirlərdir.  Azərbaycan da buna aid bəyanatlar verib.  Və indi də o mövqedədir ki. Ermənistan öz öhdəliklərini həyata keçirmək niyyətində deyil”.
 
Bunu Moderator.az-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Rusiya XİN rəsmisi Mariya Zaxarovanın Zəngəzur yoluyla bağlı son açıqlamasından danışarkən söyləyib.
 
“Bilirsiz, burada bir neçə problemin üst-üstə gəlməsi görünür. Birincisi, Rusiya bunu bəyan etsə də, etməsə də, bizim üçün Naxçıvanla əlaqə strateji əhəmiyyət kəsb edir. İkincisi, tarixi ədalət mövzusu da mövcuddur. Çünki Ermənistana Zəngəzur torpaqları və yalnız Zəngəzur deyil. Göyçə, Basarkeçər, Dərələyiz və s. tarixi mahalları da qanunsuz olaraq verilib. Üçüncüsü, anlamalıyıq ki, Zəngəzur yolunun açılmasında yalnız Azərbaycan, Türkiyə və Rusiyanın deyil, həm də qismən də olsa, Qərbin də maraqları var. Qərbin buradakı maraqları Mərkəzi Asiya ilə bağlı maraqları kontekstindədir. Çinlə rəqabətdə bu mövzu əsas mövzulardan biridir. Çünki belə görünür ki, yaxın gələcəkdə Çinin siyasi nüfuzu daha da güclənəcək”- deyə davamında politoloq bildirib. 
 
Həmsöhbətimiz hesab edir ki, Azərbaycanın guya Zəngəzuru işğal edəcəyi haqda xəbərlərin yayılmasında Ermənistan özü maraqlıdır.  
 
“Biz də görürük ki, Türk Dövlətləri Birliyi Təşkilatının yaranması və güclənməsi artıq geo-siyasi bir faktordur. Kimsə  Mərkəzi Asiyada imkanlarının genişlənməsini istəyirsə, mütləq  Türkiyə və Azərbaycan, həmçinin həmin regiondakı türk ölkələrinin maraqlarıyla hesablaşmalıdır. Bu baxımdan mən o fikirlə razı deyiləm ki, Zəngəzur yolunun açılması yalnız Rusiyanın marağındadır. Düzdü,  Moskvanın bunda marağı var. Çünki istər-istəməz Rusiya da artıq bu təhlükəni hiss edir. Və belə deyək ki, Rusiyada bu və ya digər şəkildə hansısa ciddi dəyişikliklər baş versə, Çinin Sibirə çıxışı daha da genişlənəcək.  Digər tərəfdən, Qərb də istəməz ki, Çin Sibirdəki zəngin təbii ehtiyatlara sahiblənsin. Çünki bu, Çini çox gücləndirə bilər. Xülasə, böyük bir geopolitik oyun gedir. Və istər-istəməz həmin oyunun bir qolu da Zəngəzurla bağlıdır.  Odur ki, bu daha dərin və daha çoxtərəfli məsələdir.”
 
“Hazırda Azərbaycanın guya Zəngəzuru işğal edəcəyi haqda xəbərlərin yayılmasında, bu dezinformasiyada Ermənistan özü maraqlıdır.  Çünki onlar bizim mövqeyimizi təhrif etməyə çalışırlar. Axı Azərbaycan tərəfindən səslənən Zəngəzur yolu mövzusu ilk növbədə  humanitar və tarixi aspektlərlə, eyni zamanda sərhədlərin müəyyən olunması mövzusuyla bağlıdır. Yəni bizim Ermənistana qarşı ərazi iddialarımız yoxdur. Çünki Ermənistanın ərazi bütövlüyü o zaman yaranacaq ki, Azərbaycanla sərhəd məsələsi həll olunsun”,- deyə sabiq baş diplomat vurğulayıb. 
 
Sultan Laçın
 
 
 
Chosen
939
47
moderator.az

10Sources