EN

MY 19 yaşlı futbolçu ilə yeni müqavilə bağlamaq istəyir

Kobbi Mainu “Mançester Yunayted”lə yeni müqavilə imzalaya bilər.



Komanda.az “Sky Sports News”-a istinadən xəbər verir ki, rəhbərlik ingiltərəli futbolçunun çıxışından razı qalıb və onunla müqavilə müddətini uzatmaq niyyətindədir.



19 yaşlı yarımmüdafiəçinin “qırmızı şeytanlar”la hazırkı müqaviləsi 2027-ci ilin iyun ayının sonuna kimidir.



Mainu 2023/24 mövsümündə İngiltərə Premyer Liqasında 24 matçda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərKobbi Mainu mancester yunayted

Chosen
178
22
komanda.az

10Sources