Rusiyalı reper Denis Denşçikov “Five P) Argentinada qanunsuz silah saxladığına görə həbs edilib.
KONKRET.az xəbər verir ki, reper özü həbsin səbəbini balıq ovu zamanı yaranmış axmaq vəziyyətlə izah edib.
Yerli polis onunla maraqlananda ifaçı sənədləri də olmayan silahı gizlətməyə vaxt tapmayıb.
Denşçikov bir dostu ilə birlikdə həbsxanaya göndərilib. O, artıq bir həftədir ki, həbsdədir.
Reper girov müqabilində azadlığa buraxılacağını və ya cərimə olunacağına ümid edir. Məhkəmənin isə nə zaman keçiriləcəyi isə hələlik bəlli deyil.