EN

Stolüstü tennisçimiz Fransada bürünc medal əldə edib

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə Fransanın Şiltiqheym şəhərində təşkil olunan “Euro Mini Champs” yarışında uğurlu çıxış etməyi bacarıb.

Stolüstü Tennis Federasiyasından verilən məlumata görə 2011-2012-ci illər təvəllüdlü 128 idmançı arasında yarışan idmançımız təsnifat mərhələlərini inamla adlayaraq mükafatlar uğrunda mübarizə aparıb.

1/16 finalda fransalı, 1/8-də bolqarıstanlı, 1/4 finalda daha bir fransalı rəqibinə qalib gələn stolüstü tennisçimiz yarımfinalda rumıniyalı həmkarına uduzub. Təmsilçimiz 3-cü yer uğrunda görüşdə Çexiya idmançısını üstələyərək bürünc medal qazanıb.

Kiçik Avropa çempionatı da adlandırılan yarışdakı digər təmsilçimiz Yağmur Məmmədli isə 96 iştirakçı arasında 12-ci yeri tutub.

Chosen
57
14
cbcsport.az

10Sources