EN

Riçard Almeyda “Qarabağ”la 250-yə çatıb

Bakı. Trend:

Riçard Almeyda “Qarabağ”ın forması ilə Azərbaycançempionatlarında 250-ci oyununu keçirib.

Trend İdman.biz-əistinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçinin yubileyiAzərbaycan Premyer Liqasının IV turuna təsadüf edib.

O, “Turan Tovuz”la ev görüşündə (0:1) meydana çıxıb. Riçard 250matçda 51 qola imza atıb.

2012/13 mövsümündən fasilələrlə “Qarabağ”da çıxış edənAlmeydanın debütü 2012-ci il avqustun 5-nə təsadüf edib. O,“İnter”lə (indiki “Şamaxı”) səfər matçında (1:1) şans qazanıb.

Riçard Azərbaycan çempionatları tarixinə eyni klubda 250 və dahaçox oyun keçirən 5-ci futbolçu kimi düşüb. Bu göstəricidə mütləqrekord onun sabiq komanda yoldaşı Maksim Medvedevə məxsusdur – 376matç. Qara Qarayevlə Aslan Kərimov da “Qarabağ”da, RahidƏmirquliyev “Xəzər Lənkəran”da “250”ni geridə qoyub.

Məqalədə:
Chosen
64
20
az.trend.az

10Sources