EN

1 investor "Sizin Lombard"ın istiqrazlarının hamısını əldə etdi

26 avqust 2024-cü il tarixində Bakı Fond Birjasında “GL” ASC-nin ("Sizin Lombard" brendi) 400 min manatlıq istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

Marja.az Birjaya istinadən xəbər verir ki, hərrac zamanı istiqrazlara 1 investor tərəfindən 1 sifariş olub. İstiqrazlar tam məbləğdə yerləşdirilib. 

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı:  “GL” ASC

Dövlət qeydiyyat nömrələri – İSİN: AZ2029020289 / AZ2030020286

İstiqrazların növü və forması: İstiqrazlar faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu/forması: Kütləvi/Birqiymətli

İstiqrazların hər birinin sayı: 400 (ədəd)

İlkin ticarət qiymətləri: 1000 manat

İstiqrazların hər birinin buraxılış həcmləri:  400 000 manat

Hərrac qiymətləri: 1 000 manat

İllik gəlirlilik faizləri: 15%

İstiqrazların hər birinin reallaşdırılmış həcmləri: 400 000 manat

İstiqrazların hər birinin sifarişlərinin ümumi həcmi (nominal qiymətlə):  400 000 manat

Hər birinin investor sayı:  1

Hər birinin sifariş sayı:  1

Ödəmə Periodları: Hər ayda bir dəfə (hər bir ayın 30 (otuz) gün olduğunu qəbul etmək şərti ilə)

Tədavül müddətləri:  5 il

İstiqrazların ödəmə tarixləri: 26.08.2029

Anderrayter: “İNVEST-AZ İnvestisiya şirkəti” QSC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
26
2
marja.az

6Sources