EN

Yay meyvələrinin zərərləri də var - ŞOK SİYAHI

Ötən gün yayda istehlak edilən meyvələrin faydalarından bəhs etdik. 

Bu faydalar olduqca çox olsa da, onların ən vaciblərini diqqətinizə çatdırdıq. Lakin hər bir şeyin faydası olduğu kimi, zərərinin də olması qaçılmaz olur. Təəssüf ki, yayda yediyimiz bəzi meyvələrin orqanizm üçün bir çox zərərləri də mövcuddur. 

Bəs həmin zərərlər nələrdir? 

Hit.az yay aylarında istehlak olunan meyvələrin zərərlərini təqdim edir:

1. Allergik reaksiyalara səbəb olurlar:
Yayda yediyimiz bəzi meyvələr bədənimizdə allergik reaksiyalara səbəb ola bilir. Məsələn, bunu çiyələk, albalı və böyürtkən kimi bəzi meyvələri yeyən insanlarda müşahidə etmək olur. Bu reaksiyalar dəri töküntüsünə və qaşınmaya gətirib çıxarır. 

2. Şəkər tərkibi yüksək olur:
Bəzi yay meyvələrində isə təbii olaraq şəkər yüksək olur. Xüsusilə qarpız, üzüm və ənciri həddindən artıq istehlak etmək qan şəkərinin və təzyiqin ani artımına səbəb ola bilər.

3. Həzm problemləri:
Həddindən artıq miqdarda lif istehlak etmək, xüsusilə həssas həzm sistemi olan insanlarda şişkinlik, qaz və mədə narahatlığına gətirib çıxara bilər. Məsələn, albalı və ya gavalını həddindən artıq yemək ishala səbəb ola bilir. 

4. Pestisid qalıqları:
Bəzi yay meyvələrində pestisidlərin qalıqları aşkar edilə bilər. Buna daha çox xüsusilə çiyələk və üzümdə rast gəlmək mümkündür. Onları qəbul etmək isə uzun müddətdə sağlamlıq problemlərinə səbəb ola bilir.

Pərviz

Chosen
147
10
hit.az

10Sources