EN

Putin döyüşə erməniləri yollayır... - İLGİNC

Rusiyadakı siyasi və hərbi mərkəzlər Ukrayna ilə müharibəni milliləşdirməyə və müxtəlif xalqları ukraynalılarla qarşıdrmaya təhrik etməyə çalışırlar. Rusiya Müdafiə Nazirliyi Kursk istiqamətində Ukrayna ordusu ilə savaşa çeçenlərdən formalaşan “Axmat” silahlı qruplaşmasıyla yanaşı ermənilərdən təşkil edilmiş “Arbat” (“Армянский батальон”) muzdlu batalyonunu da həmin istiqamətə göndərib. Rusiya və işğal altındakı Abxaziya ermənilərindən təşkil olmuş “Arbat” muzdlu batalyonu ötən il Moskvada erməni kilsəsindən birbaşa döyüşlərə yola salınıb. Ukraynaya qarşı savaşan erməni muzdluların komandiri keçmiş “Vaqner” döyüşçüsü Ayk Qasparyandır. Bu erməni Rusiya Prezidenti Vladimir Putinin əlindən dövlət mükafatı alıb. Ayk Qasparyan Ukraynanın işğal edilən ərazilərində evləri yağmalamaqla, mülki insanları qətlə yetirməklə məşhurlaşıb. Ayk Qasparyan batalyonuna işsiz qalan keçmiş Qarabağ separatçılarını da cəlb etməyə çalışır. Moskva paralel olaraq başqa etnik qruplardan da xüsusi batalyonlar formalaşdırmağa çalışır. Bu sırada Rusiyada yaşayan və çalışan özbəklərin, qırğızların, taciklərin və azərbaycanlıların adlarını çəkirlər. Əgər Moskva əvvəllər etnik qrupları ordu sıralarında toplayırdısa, indi onlardan ibarət muzdlu batalyonlar formalaşdırır ki, bu millətlərlə ukraynalılar arasında nifaqı dərinləşdirsin.Elxan Şahinoğlu - Dia-az.İnfo

Chosen
86
dia-az.info

1Sources