EN

“Mançester Siti” müdafiəçisini ərəblərə satmağa razılaşıb

Müdafiəçi Joao Kanselo “Mançester Siti”ni tərk etməyə yaxındır.

Apasport.az BBC-yə istinadən xəbər verir ki, İngiltərə klubu portuqaliyalı futbolçunu Səudiyyə Ərəbistanı çempionatına göndərməyə razılaşıb.

Müdafiəçinin yeni iş yeri “Əl-Hilal” olacaq. Kanselonun transferi üçün Səudiyyə Ərəbistanı klubu “şəhərlilər”ə təxminən 24 milyon avro ödəyəcək. Futbolçunun özü hələ ki, transferə razılıq verməyib, lakin bu, an məsələsidir. Kanselonun “Əl-Hilal”la üç illik müqavilə bağlayacağı gözlənilir.

30 yaşlı müdafiəçi 2023/24 mövsümündə icarə əsasında “Barselona”da çıxış edib. O, 32 matçda iştirak edib, iki qol vurub və dörd məhsuldar ötürmə verib.

Polşalı məşhur qapıçı karyerasını başa vurdu

Avropa çempionu "Barselona"da

Portuqaliya millisinin üzvü “Yuventus”a keçib

Ronaldo da UEFA tərəfindən mükafatlandırılacaq

Nigeriya yığmasının yeni baş məşqçisi müəyyənləşib

Chosen
54
24
apasport.az

10Sources