EN

“Qalatasaray" Çempionlar Liqası ilə vidalaşıb - YENİLƏNİB

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.

Apasport.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.

Türkiyənin yeganə təmsilçisi “Qalatasaray” İstanbulda “Yanq Boyz”u qəbul edib.

Matç qonaqların 0:1 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasında İsveçrədə baş tutan görüşdə “cim-bom” uduzub – 2:3.

Qeyd edək ki, "Qalatasaray" avrokubok macərasını Avropa Liqasında davam etdirəcək. 

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

27 avqust

23:00 "Qalatasaray" (Türkiyə) – "Yanq Boyz" (İsveçrə) 0:1

İlk oyun 2:3

23:00 "Zalsburq" (Avstriya) – "Dinamo" (Kiyev, Ukrayna) 1:1

İlk oyun 2:0

23:00 "Sparta" (Praqa, Çexiya) – "Malmö" (İsveç) 2:0

İlk oyun 2:0

"Qalatasaray" İsveçrədən məğlub qayıdır - YENİLƏNİB

"Qalatasaray"a daha bir şok: Muslera zədələnib

Çempionlar Liqası: Gecənin nəticələri

Avropa Liqası: "Beşiktaş" yenə "Luqano" ilə qarşılaşacaq

"Real Madrid" Avropa Superkubokunun qalibi olub - Yenilənib

Chosen
87
1
apasport.az

10Sources