EN

"Qalatasaray" Çempionlar Liqasından getdi - NƏTİCƏLƏR

Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 3 matç keçirilib.

Türkiyə “Qalatasaray”ı İsveçrə “Yanq Boyz”u ilə bu dəfə İstanbulda qarşılaşıb. Görüşdə "Yanq Boyz" 0:1 hesablı qələbə qazanıb.

Bu komandalar arasında ilk oyunda "Yanq Boyz" 3:2 hesabı ilə qalib gəlmişdi. İsveçrə klubu ümumilikdə 4:2 hesablı qələbə ilə liqa mərhələsinə vəsiqə qazanıb.

"Qalatasaray" isə yoluna Avropa Liqasının liqa mərhələsində davam etməli olacaq.

Həmçinin bu gün "Sparta" və "Zalsburq" da əsas mərhələyə vəsiqə qazanıb.

23:00. "Qalatasaray" (Türkiyə) – "Yanq Boyz" (İsveçrə) - 0:1

Qol: Vircinius, 87

Qırmızı vərəqə: Fernando Muslera, 88 ("Qalatasaray")

İlk oyun 2:3

23:00. "Zalsburq" (Avstriya) – "Dinamo" (Kiyev, Ukrayna) - 1:1

Qollar: Daqim, 12 - Vanat, 29

İlk oyun 2:0

23:00. "Sparta" (Praqa, Çexiya) – "Malmo" (İsveç) - 2:0

Qollar: Haraslin, 80-pen; Rrahmani, 83

İlk oyun 2:0

28 avqust

20:45. "Qarabağ" (Azərbaycan) - "Dinamo" (Zaqreb, Xorvatiya)

İlk oyun - 0:3

23:00. "Slovan" (Slovakiya) - "Midtüllan" (Danimarka)

İlk oyun - 1:1

23:00. "Srvena Zvezda" (Serbiya) - "Bodyo-Qlimt" (Norveç)

İlk oyun - 1:2

23:00. "Slaviya" (Çexiya) - "Lill" (Fransa)

İlk oyun - 0:2

Chosen
98
1
sportinfo.az

10Sources