EN

Fransa informasiya azadlığına qənim kəsilib

Image

Mətləb Salahov: Avropada siyasi maraqlar üçün azad sözün “qəbri qazılır” 

Fransada Emmanuel Makron rejiminin məntiqsiz və gestapo xarakterli addımları, xüsusilə söz azadlığı və sosial şəbəkələrin azad fəaliyyətini məhdudlaşdırmaq ssiyasəti artıq kuliminasiya nöqtəsinə çatıb. Bir vaxtlar Avropada mədəniyyət və söz azadlığı kimi dəyərlərlə öyünən Fransa dövləti, bu gün irtica və diktator rejiminin ayaqları altında bütün dünyada bihörmət olmaqda davam edir. Xüsusilə Emmanuel Makron öz siyasi ambisiyaları üçün Fransanın imicini yerlə-yeksan etməkdədir. Budur, rəsmi Parisin insan hüququları və informasiya azadlığına qarşı daha bir addımı dünyada gündəm halına gəlib. Bir neçə gün öncə “Telegram” mesajlaşma proqramının qurucusu və baş direktoru, rus-fransız milyarder Pavel Durov  Azərbaycandan Fransaya gedərkən Le Burje hava limanında saxlanılıb. Artıq Fransa hüququ mühafizə orqanları ona qarşı uşaqlara qarşı cinayətlərdən tutmuş narkotika ticarətinə qədər ən ağlasığmaz ittihamlar irəli sürüblər. Əlbəttdə məlumdur ki, rəsmi Parisin bu addımı sırf sifarişli və siyasi məqsəd daşıyan qeyri-qanuni addımdır.
 Jurnalist ekspert  Mətləb Salahov “Bakı-Xəbər”ə açıqlamasında bildirib ki, “Teleqram” dünyanın hər yerində yetərincə populyardır. Bəzi sosial media paylaşım platformalarından fərqli olaraq, senzura tətbiq etmir: “Məhz buna görə bir sıra qərb ölkələri bu cür sosial şəbəkə hesablarına həbs qoymaqda israrlıdırlar. Çünki bu cür azad informasiya qaynaqları qərbdəki ikili siyasət və məxfi təxribat planları üçün real təhlükədir. Əslində P.Durovun həbsinin “bünövrəsi”   bir müddət bundan əvvəl qoyulmuşdu. E.Makron başda olmala Avropa İttifaqı liderləri bundan əvvəl İlon Mask və digər populyar sosial şəbəkə sahiblərini gizli sövdələşmə üçün təhrik edərkən artıq Avropada azad sözün “qəbrinin qazıldığı” gün kimi aydın idi. Nə tələb edirdilər Aİ liderləri? – onların ikili və çirkli siyasətləri tənqid olunmasın! 

 Bu həbsin pərdəarxası məqamları da var. Qərb əvvəllər Fransa hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Pavel Durovdan Ukraynada keçirilən xüsusi hərbi əməliyyatla bağlı məlumatları təhlil etmək üçün Telegram-a giriş əldə etmək istəyir. Durovun təhlükəli cinayətkar kimi təqib olunması həm də Qərbdə demokratiya və söz azadlığına ikili yanaşmanın real göstəricisidir. Başqa ölkələrə “söz azadlığı” dərsi keçən Qərbin özündəki real vəziyyət Durovun timsalında açıq-aydın sezilir. 
 Durovun saxlanması söz azadlığına qarşı avtoritar Fransa rejiminin son dirənişidir. Almaniyada Facebook sosial şəbəkəsinin rəhbəliyinə qarşı edilənlərdən sonra, görünür Parisdəkilər də onun yolu ilə gedir. Amma hara qədər? – informasiya azadlığının tamamilə boğulmasına, azad informasiya rıçaqlarının tərksilah edilməsinə qədər!”

Namiq Quliyev





Chosen
127
29
baki-xeber.com

10Sources