EN

Ukrayna F-16-ları ilk hava hücumlarını həyata keçiriblər - “Forbes“

Kiyevin Qərb müttəfiqləri tərəfindən Ukraynaya təhvil verilən F-16 qırıcıları ölkəyə çatdırıldıqdan üç həftə sonra ilk hava əməliyyatı qələbəsini qazanıb. Ukrayna prezidenti Vladimir Zelenskinin sözlərinə görə, bazar ertəsi Rusiyanın genişmiqyaslı hücumu zamanı F-16-lar qanadlı raketləri vura bilib.

Bu fikirlər "Forbes"də dərc olunan məqalədəndir.

"Forbes"in analitiki Devid Eksin sözlərinə görə, Ukrayna Hərbi Hava Qüvvələrinin F-16-nı hava hücumundan müdafiə üçün istifadə edəcəyi əvvəldən bəlli idi. Çünki onlar AIM-9 hava-hava tipli infraqırmızı şüalarla idarə olunan və radarla idarə olunan AIM-120 hava-hava tipli raketlərlə təmin olunublar.

"Forbes" yazıb ki, F-16-ların hava hücumundan müdafiə məqsədi ilə patrul xidməti həyata keçirməsi məntiqlidir. Ukrayna daim hava hücumuna məruz qalır və onun silahlı qüvvələri gündəlik hücumlara qarşı çıxmaq üçün bütün mövcud silahları səfərbər edir.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Amma Ukraynanın ilk dəfə olaraq Rusiya ərazisinə daxil olaraq Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.

Tural

News365.az


Chosen
170
50
news365.az

10Sources