EN

"Mançester Siti"ni "Əl-Hilal"a dəyişdi

"Mançester Siti"nin futbolçusu Joao Kanselonun Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna keçidi rəsmiləşib. Sport24.az xəbər verir ki, bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb.
 
Səudiyyə ərəbistanı təmsilçisi İngiltərə klubuna 25 milyon avro ödəyib. Portuqaliya millisinin də şərəfini qoruyan futbolçunun yeni klubunda illik gəliri 15 milyon avro olacaq. Ötən mövsümü icarə əsasında "Barselona"da keçirən Kanselo 4 qol vurub.
 
Qeyd edək ki, "Əl-Hilal"ın heyətində Neymar, Aleksandar Mitroviç, Xalidu Kulibali, Sergey Milinkoviç Saviç və Ruben Neves kimi  ulduzlar çıxış edir.

Chosen
62
24
sport24.az

10Sources