EN

Ərəb klubu “Mançester Siti”nin futbolçusunu TRANSFER ETDİ

İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Joao Kanselo Premyer Liqa təmsilçisini tərk edib.

Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasına transfer olunub.

Portuqaliya millisinin üzvü illik 15 milyon avro maaş qazanacaq. Onun satışı “şəhərlilər”i 25 milyon avro irəli salıb.

Qeyd edək ki, ötən mövsümü icarə əsasında “Barselona”da keçirən müdafiəçi ümumilikdə 4 qol vurub.

Bizim.Media

Chosen
61
24
bizim.media

10Sources