EN

Makron Durova naharda nə təklif edib? - Amerika nəşri

Fransa prezidenti Emmanuel Makron teleqramın yaradıcısı Pavel Durovu və şirkətin baş ofisini Parisə köçürməyə dəvət edib.

Ölkə.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrinə istinadən yazıb.

Nəşrin yazdığına görə, Makron teleqramın yaradıcısı Pavel Durova belə bir təklifi 2018-ci ildə onunla birgə nahar ziyafəti zamanı edib.

Durov isə Makronun bu təklifindən imtina edib. İddialara görə, Fransa prezidenti hətta Durova Fransa vətəndaşlığı verilməsini təklif edib. Lakin Durov 2021-ci ildə Fransa vətəndaşlığı alıb.

WSJ-nin məlumatına görə, 2017-ci ildə Fransa və Birləşmiş Ərəb Əmirliklərinin xüsusi xidmət orqanları birgə əməliyyat zamanı Pavel Durovun "iPhone"unu sındırıblar. Casus əməliyyatının kod adının “Purple Music” olduğu iddia edilir.

Nəşr iddia edir ki, Fransa təhlükəsizlik rəsmiləri İŞİD-in silahlıları cəlb etmək və hücumlar planlaşdırmaq üçün teleqramdan istifadə etməsindən narahatdırlar. 

Mürtəza
Ölkə.Az

Chosen
127
25
olke.az

10Sources