Kolumbiyanın Aquachica şəhərindəki “Cakaritama” hava limanı dünyanın ən kiçik hava limanlarından biridir. Onun yalnız iki gözləmə otağı var, onlardan da biri manqo ağacının altındadır.
Editor.az mənbələrə istinadən xəbər verir ki, səyahət həvəskarları çox vaxt hava limanına səyahətdən də səyahətin özü qədər həzz alırlar. Aquachica hava limanında skan maşını üçün kifayət qədər yer yoxdur. Bütün hava limanı iki salondan ibarətdir: biri gəlişlər üçün, digəri isə əl ilə baqajın yoxlanılması üçün.
Enişdən sonra sərnişinlərə baqajlarını götürmək üçün bilet verilir ki, bu da bəzi səyahətçilər arasında narahatlığa səbəb olur. Gözləmə sahəsi manqo ağacının altındakı kölgəli yerdir. Digər tərəfdə uçuş-enmə zolağı var. Gec gələn sərnişinlər isə günəş altında növbəyə dururlar. İkinci salona daxil olmamışdan əvvəl sərnişinlər əl yüklərinin təkrar yoxlanışından keçirlər. Kişilər üçün də, qadınlar üçün də bir tualet var.
//Samir Qurbanov, Editor.az