EN

paris-2024: Paraüzgüçümüz finala vəsiqə qazana bilmədi

Azərbaycan paraüzgüçüsü Könül Süleymanova Paris-2024 Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayıb.

Sportnet.az xəbər verir ki, S2 kateqoriyasında çıxış edən idmançı 100 m məsafəyə arxasıüstə üzmədə təsnifat mərhələsində 4 dəqiqə 3.4 saniyə nəticə göstərib.

O, öz qrupunda 5-ci olub. İdmançı ilk "8-liy"ə düşə bilmədiyindən finala vəsiqə qazana bilməyib.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.


Chosen
59
11
sportnet.az

10Sources