EN

US Open 2024: Novak Cokoviç yubiley qələbəsini əldə edib

Novak Cokoviç ABŞ Açıq çempionatında yubiley qələbəsini qazanıb

Serbiyalı məşhur tennisçi Novak Cokoviç ABŞ Açıq çempionatında növbəti oyununu keçirib.

Təcrübəli idmançı II turda həmyerlisi Laslo Dyere ilə üz-üzə gəlib. Qarşılaşma Cokoviçin qələbəsi ilə bitib - 2:0 (6:4, 6:4).

Beləliklə, serbiyalı raketka ustası ABŞ Açıq çempionatında 90-cı qələbəsini əldə edib. O, bütün Böyük Dəbilqə yarışlarında 90 qalibiyyət qazanan yeganə tennisçidir.

Chosen
33
cbcsport.az

1Sources