EN

“Napoli” Lukakunun transferini rəsmiləşdirdi

Belçika millisinin hücumçusu Romelu Lukakunun yeni klubu bəlli olub.

Rekord.az xəbər verir ki, 31 yaşlı hücumçu İtaliyanın "Napoli" klubu ilə anlaşıb.

O, 2027-ci ilə qədər Neapol təmsilçisinin şərəfini qoruyacaq. İtaliya klubu bu transferi 30 milyon avroya rəsmiləşdirib.

Son mövsümü icarə əsasında "Roma"da keçirən Lukaku 47 oyunda 21 qol vurub.

Chosen
88
11
rekord.az

10Sources