Ukrayna Silahlı Qüvvələri avqustun 26-da Rusiyanın hava hücumunu dəf etmək üçün F-16 qırıcılarından istifadə edib və hədəfə yaxınlaşma zamanı təyyarələrdən biri ilə əlaqə kəsilib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, hücum zamanı F-16 təyyarələri öz yüksək effektivliyini nümayiş etdirib: “Lakin növbəti hədəfə yaxınlaşma zamanı təyyarələrdən biri ilə əlaqə kəsilib. Sonradan məlum olub ki, təyyarə qəzaya uğrayıb və pilot həlak olub.
Qəzanın səbəblərini müəyyən etmək üçün Müdafiə Nazirliyinin xüsusi komissiyası hadisə yerində işləyir".
Bizim.Media