30 avqust 2024-cü il tarixində Bakı Fond Birjasında “GL” ASC-nin (Sizin Lombard) 400 min manatlıq istiqrazının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
Marja.az Birjaya istinadən xəbər verir ki, istiqrazlara 1 investor 1 sifariş təqdim edib. İstiqrazlar tam şəkildə yerləşdirilib.
İstiqraz üzrə məlumatlar aşağıdakı kimidir:
Emitentin adı: “GL” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2031020285
İstiqrazın növü və forması: İstiqrazlar faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu/forması: Kütləvi/Birqiymətli
İstiqrazın sayı: 400 (ədəd)
İlkin ticarət qiyməti: 1,000 manat
İstiqrazın buraxılış həcmi: 400,000 manat
Hərrac qiyməti: 1,000 manat
İllik gəlirlilik faizi: 15%
İstiqrazın reallaşdırılmış həcmi: 400,000 manat
İstiqrazın sifarişlərinin ümumi həcmi (nominal qiymətlə): 400,000 manat
İnvestor sayı: 1
Sifariş sayı: 1
Ödəmə Periodu: Hər ayda bir dəfə (hər bir ayın 30 (otuz) gün olduğunu qəbul etmək şərti ilə)
Tədavül müddəti: 5 il
İstiqrazın ödəmə tarixi: 30.08.2029
Anderrayter: “İNVEST-AZ İ.Ş.” QSC